“Naxçıvan xalçaçılıq sənəti” mövzusunda tədbir keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi tərəfindən Naxçıvan Dövlət Xalça muzeyində ali təhsil ocaqları tələbələrinin iştirakı ilə “Naxçıvan xalçaçılıq sənəti” mövzusunda tədbir keçirilib.

Tədbirdə Naxçıvanşünaslıq Mərkəzinin elmi katibi Nihad Tarverdiyev qədim xalçaçılıq sənətini qorumaq, elmi cəhətdən sistemli şəkildə araşdırmaq və bu sahədə unudulmaqda olan ənənələri bərpa etməyin gənclərin qarşısında duran mühüm vəzifələrdən olduğunu diqqətə çatdırıb.

Xalçaçılıq sənəti barədə məlumat verən Naxçıvan Dövlət Universitetinin Təsviri incəsənət kafedrasının müdiri Siddiqə Hacıyeva bildirib ki, dekorativ tətbiqi incəsənət növlərindən biri olan xalçaçılıq böyük mədəniyyətə və qədim tarixi ənənələrə malik xalqlara məxsus sənətdir. Muxtar respublikamızda da qədim dövrlərdən xalçaçılığın özünəməxsus növləri yaranıb və inkişaf edib.

Siddiqə Hacıyeva Naxçıvanşünaslıq Mərkəzinə və Dövlət Xalça Muzeyinə müəllifi olduğu “Naxçıvan xalçaları və tikmələri” kitabını hədiyyə edib.

Naxçıvan Dövlət Xalça Muzeyinin direktoru Ülviyyə Məmmədova muzeyin yaranması və fəaliyyəti barədə iştirakçılara məlumat verərək bildirib ki, I Kültəpə, Naxçıvantəpə və digər qədim yaşayış yerlərindən tapılmış maddi-mədəniyyət nümunələri Naxçıvanda xalçaçılıq sənəti tarixini neolit dövrü ilə xarakterizə etməyə imkan verir. Diyarımızda formalaşmış xalçaçılıq məktəbi qədim xalçaları, palaz, kilim, cecim və zililəri ilə məşhurdur. Bu məktəbin nümunələri ən qədim tarixi dövrlərin yadigarı kimi bu gün də qorunub yaşadılır. Bu dəyərli incilərin qorunub yaşadılması və gələcək nəsillərə çatdırılmasında Naxçıvan Dövlət Xalça Muzeyinin özünəməxsus rolu vardır. 

Tədbirin sonunda iştirakçılar muzeyin ekspozisiyası ilə tanış olublar.

Sevgili Mustafazadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: