Naxçıvan Müəllimlər İnstitutunda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təlimləri başlayıb - FOTOLAR

A- A A+

Naxçıvan Müəllimlər İnstitutu və Təhsildə Keyfiyyət Təminatı Agentliyi arasında bağlanmış əməkdaşlıq müqaviləsinə  əsasən  İnstitutda  təlimlərə başlanılıb.

Ali təhsil ocağının mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, təlimin açılış tədbirində  çıxış edən institutun rektoru Azad Novruzov  dörd gün davam edəcək təlimi TKTA-nın eksperti, Təlim və metodologiya şöbəsinin müdiri Asiman İlyasovun keçəcəyini  bildirib. Təlimçi haqda geniş məlumat verən rektor bu əməkdaşlığın institut üçün olduqca əhəmiyyətli olduğunu vurğulayıb.

Asiman İlyasov qeyd edib ki, təlimlərin məqsədi Azərbaycan Respublikasında ali təhsildə effektiv keyfiyyət təminatı sisteminin fəaliyyətini təşkil etməkdən, keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sisteminin formalaşdırılmasından, müasir dövrün tələblərinə uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik rəqabətqabiliyyətli mütəxəssislərin əmək bazarına çıxışına dəstək göstərilməsindən ibarətdir.

İnstitut əməkdaşlarının iştirakı ilə iki saat davam edən təlimin ilk mövzusu “Təhsil müəssisələrinin akkreditasiya qaydaları”na həsr edilib. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Aygül Məmmədova

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: