Yıldız Texnik Universitetinin professoru vebinar keçib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universiteti ilə Türkiyənin Yıldız Texnik Universiteti arasında “Nanobiotexnologiya və sağlamlıq tətbiqləri” mövzusunda vebinar keçirilib.

Vebinarda çıxış edən Naxçıvan Dövlət Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov iki universitet arasındakı beynəlxalq əməkdaşlıqdan söz açıb. Diqqətə çatdırılıb ki, ötən il universitetin bir qrup heyətinin qardaş Türkiyəyə səfəri çərçivəsində Yıldız Texnik Universiteti ilə təhsil sahəsində bir sıra müqavilələr imzalanıb.

Tibb fakültəsinin dekanı Elsevər Əsədov qeyd edib ki, vebinarı təşkil edən Yıldız Texnik Universiteti Kimya-Metallurgiya Fakültəsi, Biomühəndislik Bölməsinin professoru Serap Acar Dermanın əsas fəaliyyət istiqaməti nanomateriallar, biomateriallar, sintetik peptid kimyası, nəzarət edilən dərman buraxılışı, dərman daşıma sistemləri, sisteik peptid vaksinləri və hədəflənmiş dərmandır. Diqqətə çatdırılıb ki, alimin apardığı elmi araşdırmalara dair 35-dən çox məqaləsi beynəlxalq jurnallarda dərc olunub və 667-dən çox istinad qeydə alınıb. Bildirilib ki, professor 5 icmal məqaləsi, 1 kitab bölməsi, 5 patent müraciəti, 50-dən çox milli və beynəlxalq konfrans məqaləsinin müəllifidir.

Vebinarda nanotexnologiya və biotexnologiya barədə məlumat verən professor Serap Acar Derman nanotexnologiyanın tarixi inkişafı, biotexnologiya nədir, nanobiotexnologiyanın üstünlükləri, bəzi tətbiq sahələri barədə danışıb. Professor  nanohissəcik, onun istehsal üsulları, növləri, polimer nanohissəciklər və onların üstünlükləri, nanoçökmə üsulu, metal nanohissəciklərin sintezində bitkilər, bitkilərdə nanohissəciklərin sintezi və digər məsələləri slayd vasitəsilə ətraflı şəkildə izah edib. Serap Derman həmçinin həyata keçirilən layihələr və görülən işlər barədə tədbir iştirakçılarını məluamatlandırıb.

Vebinarın təşkilinə görə Serap Acar Dermana Naxçıvan Dövlət Universitetinin elektron təşəkkürnaməsi təqdim olunub. 

 Fəxriyyə Səyyadova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: