NDU müəlliminin məqaləsi İtaliyada nəşr olunub

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universiteti İngilis dili və metodika kafedrasının müdiri Cavid Babayevin “Onomastikanın üslub imkanları” (Stylistic opportunities of onomastics”) adlı elmi məqaləsi İtaliyanın Florensiya şəhərində işıq üzü görüb. Müəllif məqalədə dilçilik sahəsi olan onomastikanın yaratdığı üslub vasitələrini araşdırıb. Məqalədə belə bir qənaətə gəlinib ki, insan ad və soyadları, şəhər, kənd, ölkə kimi yer adları metonimiya, metafor, epitet, personifikasiya, antonomasiya, pars pro toto, sinekdoxa və s. yaradır. Burada metafor və antroponomastika arasındakı fərq aşkara çıxarılaraq qeyd olunub ki, metaforda insan xüsusiyyətləri cansız əşya üzərinə köçdüyü halda, antroponomastikada yalnız ad köçür, xüsusiyyətlər köçməyə də bilər. Qeyd edək ki, antroponomastika yer adlarının insan adları ilə adlandırılmasıdır. Müəllif öz məqaləsində həmçinin zooponomastika (yerlərə  heyvan adı verilməsi)  və vegeponomastika (yerlərə bitki adlarının verilməsi) kimi yeni terminlər  də təklif edib.

Qeyd edək ki, elmi məqalənin dərc olunduğu jurnal Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya komissiyasının tövsiyə etdiyi ən nüfuzlu 6 beynəlxalq xülasələndirmə sistemindən birinə - Copernicus-a daxildir.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: