Jurnalistika ixtisasında təhsil alan tələbələr üçün təlim keçirilib - FOTOLAR

A- A A+

“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin İctimai və siyasi məsələlər redaksiyasının redaktoru Kifayət Mahmudova Jurnalistika ixtisasının tələbələri üçün “Düzgün və səlis nitqin qaydaları” adlı təlim keçib.

Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Şirəliyeva qeyd edib ki, Ali Məclis Sədrinin hamilik proqramı ilə bağlı imzaladığı müvafiq sərəncamların icrası istiqamətində  keçirilən təlim gələcəyin jurnalist kadrlarının yetişməsi üçün atılan addımlardandır. Təlimçi haqqında məlumat verən Şəhla Şirəliyeva qeyd edib ki, düzgün nitqin formalaşmasında bu kimi təlimlər əhəmiyyətlidir. 

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təlimçi-jurnalist Kifayət Mahmudova düzgün tələffüz prosesi, intonasiya, orfoepik qaydalar, nitq mədəniyyətinin nəzəri mövzularını mövcud qaydalarla yanaşı, nümunələr əsasında izah edib. Artikulyasiyada yaranan problemlərin səbəbi, cümlədə heca və məntiqi vurğunun əhəmiyyəti, orfoepiyada jurnalistlər üçün bilinməsi vacib məqamlar, nitq mədəniyyətində diqqət edilməli keyfiyyətlər təlim iştirakçılarının nəzərinə çatdırılıb.  Təlimçi, eyni zamanda nitqi pozan səbəblər və bu səbəblərin aradan qaldırılma yollarını videolar, qrafik mətnlər üzərində göstərərək fasilənin, sürətin, emosionallığın, həyəcanın tarazlanmasına diqqəti çəkib. 

Qarşılıqlı diskussiya formasında keçən nəzəri-praktiki təlimdə tələbələri  maraqlandıran suallar ətraflı cavablandırılıb.

       Fəxriyyə Səyyadova

 NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin əməkdaş

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: