AMEA Naxçıvan bölməsinin əməkdaşları Heydər Əliyev muzeyində olublar

A- A A+

NUHÇIXAN xəbər verir ki,  Azərbaycan  Milli Elmlər Akademiyasının  Naxçıvan Bölməsinin  əməkdaşları Heydər Əliyev Muzeyini ziyarət ediblər. Tanışlıq zamanı Ulu öndərin şərəfinə toxunmuş xalçalar, ümummilli lider Heydər Əliyevin təhsil illərinə aid sənədlərin və müxtəlif dövlət təltiflərinin surətləri, 80,85 və 90 illik yubileyləri şərəfinə buraxılmış marka və medallar, xatirə əşyaları, xarici dövlət başçıları ilə görüşlərdə çəkilmiş fotoşəkillər barədə məlumat verilib. Orta məktəb illəri, ilk əmək fəaliyyəti, 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrlər, Moskvadakı siyasi hakimiyyət illəri ilə bağlı, Naxçıvana qayıdışı, muxtar respublikaya rəhbərlik etdiyi illər, müstəqil Azərbaycanın memarı kimi fəaliyyəti dövrünü əks etdirən eksponatlar ziyarətçilərin marağına səbəb olub.

Dahi şəxsiyyətin zəngin ömür yolunu əks etdirən ekspozisiyada nümayiş olunan eksponatlar ümummilli liderimizin dövlətçilik və siyasi fəaliyyətinin öyrənilməsində mühüm əhəmiyyətə malikdir.

                                                                         Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: