Qaradəniz Texnik Universitetinin professoru NDU-da vebinar keçib - FOTOLAR
Ali təhsil ocağının Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Tibb fakültəsində keçirilən vebinarda universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov iki ali təhsil ocağındakı beynəlxalq əməkdaşlıqdan söz açıb.
Antioksidantlar nədir və onların insan sağlamlığı üçün faydalı cəhətlərindən danışan Türkiyənin Qaradəniz Texnik Universiteti Biokimya fakültəsinin professoru Sevgi Kolaylı bildirib ki, tam olaraq əsas qida sayılmayan, lakin hələ də hüceyrələrə və toxumalara təsir göstərən antioksidantları bitki, heyvan və digər qida mənbələrində tapmaq olar. Bəzi antioksidantlar bədənin işləməsi üçün lazım olan vitaminlər, digərləri isə əsas minerallardır. Professor daha çox antioksidant əldə etmək üçün antioksidlər və onlara təsir mexanizmləri haqqında məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonda Qaradəniz Texnik Universiteti Biokimya fakültəsinin professoru Sevgi Kolaylıya universitet adından təşəkkürnamə təqdim edilib.
Qeyd edək ki, Antioksidant sistemlər və Bioloji fəaliyyət növü ilə məşğul olan professor onlarla layihə və patent, beynəlxalq elmi bazalarda yüzlərlə elmi məqalələrin müəllifi, bir sıra nüfuzlu dərginin redaksiya heyətinin üzvü və hakimidir. Professorun 2017-ci ildən bəri nüfuzlu nəşrlərdəki məqalələrinə 4200-dən çox istinad qeydə alınıb.
Nazlı Himmətova