Muxtar respublika məktəblərində “ilk zəng” çalınıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, bu gün muxtar respublikada Bilik Günü qeyd olunub. Bu münasibətlə Naxçıvan şəhərində və rayon mərkəzlərində tədbirlər keçirilib.
Naxçıvan şəhərindəki 9 nömrəli tam orta məktəbdə Bilik Günü münasibətilə keçirilən tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov iştirak edib. Qeyd olunub ki, hər il muxtar respublikada ali məktəbələrə qəbulda yüksək bal toplayanların sayı artır. Naxçıvan şəhərinin də ümumtəhsil məktəblərinin məzunlarından 71 nəfəri 500-700 arasında bal toplayıb. Bu nailiyyətin qazanılmasında 9 nömrəli məktəb kollektivinin də payı vardır. 26 məzundan 18 nəfəri ali məktəblərə qəbul olunub, 1 məzun gümüş medala layiq görülüb, 1 nəfərə Prezident təqaüdü verilib, 500-700 arasında bal toplayan 7 məzun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən mükafatlandırılıb. Vurğulanıb ki, hazırda 5 nömrəli tam orta məktəbdə tikinti və yenidən qurma işləri davam etdirilir.