Bilik Günü Babək rayonunda da qeyd olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Babək qəsəbəsindəki 1 nömrəli məktəbdə keçirilən tədbirdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Rasim Hüseynov bildirib ki, bu tədris ilində 272 məzun ali məktəblərə qəbul olunub. Onlardan 35 nəfəri 500-700 arası  bal toplayıb.

Rasim Hüseynov vurğulayıb ki, hazırda Aşağı Buzqov və Yuxarı Buzqov kənd tam orta məktəblərində tikinti və yenidən qurma işləri davam etdirilir.

Rayon İcra Hakimiyyətinin başçısı Bilik Günü münasibətilə müəllim və şagirdləri təbrik edib, onlara yeni dərs ilində uğurlar arzulayıb.

Tədbirdə digər çıxış edənlər muxtar respublikada təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Əbülfəz Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: