“Naxçıvan” Universitetində yeni monoqrafiyanın təqdimatı keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Naxçıvan” Universitetinin “İqtisadiyyat” kafedrasının dosenti Ceyhun Mahmudovun “Xüsusi gömrük proseduru - xarici iqtisadi fəaliyyətin gömrük tənzimlənməsi vasitəsi kimi”  kitabı işıq üzü görüb. Bununla bağlı universitetdə kitabın təqdimatı keçirilib.

Təqdimat mərasimində çıxış edən universitetin rektoru Nurlana Əliyeva bildirib ki, müasir dövrdə milli iqtisadiyyatın inkişafında xarici iqtisadi əlaqələrdən istifadə etmək və onun səmərəliliyini artırmaq mühüm faktorlardan biri kimi qəbul edilir. Bu baxımdan təqdim olunan kitab böyük əhəmiyyət kəsb edir. Nurlan Əliyeva “Xüsusi gömrük proseduru - xarici iqtisadi fəaliyyətin gömrük tənzimlənməsi vasitəsi kimi” monoqrafiyasını professor-müəllim heyəti və gənc tədqiqatçılar üçün faydalı mənbə kimi qiymətləndirib və müəllifə təşəkkürünü bildirib.

Universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu, “İqtisadiyyat” kafedrasının müdiri, dosent  Həsən Məmmədov və kafedranın dosenti, iqtisad elmləri doktoru Mehdi Bağırov yeni monoqrafiya barədə fikirlərini bildiriblər. Diqqətə çatdırılıb ki, kitabdan iqtisadyönümlü ixtisasların tələbələri, gömrük mütəxəssisləri, müəllim və tədqiqatçılar faydalana bilərlər.

Qeyd edək ki, müəllifin uzunmüddətli zəhmətinin məhsulu olan kitab giriş, 3 fəsil, nəticə və ədəbiyyat siyahısı olmaqla 138 səhifə həcmindədir. Kitabda xarici iqtisadi fəaliyyətin tənzimlənməsinin nəzəri aspektlərindən, gömrük prosedurunun tətbiqi üsullarından, idxal və ixrac gömrük prosedurlarının ölkənin milli maraqlarının qorunmasındakı rolundan bəhs edilir.

Sonda kitabın müəllifi Ceyhun Mahmudov göstərilən diqqətə görə minnətdarlığını bildirib.

Aynur Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: