Naxçıvan Müəllimlər İnstitutunda Bilik Günü qeyd olunub

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda keçirilən tədbirdə institutun rektoru, dosent Elbrus İsayev müəllim və tələbələri yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.

Qeyd edib ki, ali təhsil ocağı  ötən dövrdə ixtisaslı müəllim kadrları ilə təmin olunub, lazımi tədris şəraiti yaradılıb. Həmçinin maddi-texniki baza gücləndirilib, yeni ixtisaslar açılıb. Diqqətə çatdırılıb ki, Naxçıvan Müəllimlər İnstitutu əsaslı yenidənqurmadan sonra kollektivin istifadəsinə verilib. Ali təhsil ocağının açılış tədbirində ölkə başçısı da iştirak edib. Hazırda institutda 1250 tələbə təhsil alır. Onların təlim və tədrisi ilə 90 professor, müəllim heyəti məşğul olur.

Tədbirdə tələbələr və valideynlər adından çıxış edənlər muxtar respublikada təhsilə göstərilən qayğıya və institutda yaradılan şəraitə görə dövlətimizə minnətdarlıq edib,  tələbə adını qazananlara uğurlar arzulayıblar.

 Birinci kurs tələbələrindən yüksək bal toplayanlara tələbə biletləri və qiymət kitabçaları təqdim edildikdən sonra tədbir iştirakçıları Naxçıvan Televiziyasının hazırladığı   videoçarxa baxıblar.

Gülməmməd Əliyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: