Naxçıvan Dövlət Universitetində Bilik Günü Türkiyəli qonaqlarla birlikdə qeyd olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Bilik Günü münasibətilə Naxçıvan Dövlət Universitetində keçirilən tədbirdə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov müəllim və tələbələri yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.

Tədbirdə  Prezident təqaüdçüsü  Zübeydə Zeynalova  çıxış edərək ölkədə təhsilə yaradılan yüksək şəraitə, hərtərəfli dövlət qayğısına görə minnətdarlıq edib.

Sonra 600-dən yüksək balla universitetə qəbul olan tələbələrə tələbə bileti və “Naxçıvan Ensiklopediyası” təqdim olunub.

Tədbirdə qardaş Türkiyənin Van Yüzüncü İl və  Türkiyə İğdır Universitetinin rektorları da iştirak edib. Onlar da təmsil etdikləri universitetlər haqqında məlumat veriblər.

Tədbirdən sonra hər üç universitetin rektorları ilə qarşılıqlı görüş keçirilib. Görüşdə Naxçıvan Dövlət Universiteti ilə Van Yüzüncü İl Universiteti arasında əməkdaşlıq müqaviləsi və “Mövlana mübadilə Proqramı” çərçivəsində protokol imzalanıb.

                     Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: