Naxçıvan Dövlət Universiteti tələbəsinin elmi məqaləsi Rusiyada nəşr olunub

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universiteti Təbiətşünaslıq və Kənd Təsərrüfatı fakültəsinin Biologiya müəllimliyi ixtisasının II kurs tələbəsi Aydan Məhərrəmlinin “İstixanalarda yetişdirilən tərəvəz bitkilərinin tozlandırılmasında Bombus arılarının rolu” (The role of bumblebees in pollunation of vegetable crops groun in greenhouses) adlı elmi məqaləsi Rusiyanın Penza şəhərində dərc olunub. Universitetin TEC xətti ilə yerinə yetirilən  elmi işlər çərçivəsində yazılan elmi məqalə “Tələbə elmi: Aktual məsələlər, nailiyyətlər və innovasiyalar” VII beynəlxalq elmi-praktik konfransında I dərəcəli diplom və sertifikatla təltif olunub.

Məqalədə Bombus arıları (Bumblebees) haqqında ümumi məlumatlardan bəhs edilib, onlardan istifadə etməklə istixanalarda  tərəvəz bitkilərinin tozlandırılmasına dair bir sıra ilkin məlumatlar qeydə alınıb. Həmçinin  müəllif öz məqaləsində inkişaf etmiş ölkələrin təcrübəsindən istifadə imkanlarının öyrənilməsinə yer verib. Bombus arılarının tərəvəz bitkilərinin tozlandırılmasındakı üstün rolunun aşkar edilməsinə dair bir çox dəyərli məlumatlardan da bəhs edilib.

Nəticə olaraq belə bir qənaətə gəlinib ki, tərəvəz bitkilərinin tozlandırılmasında insan sağlamlığı üçün müxtəlif zərərli təsirləri olan bitki hormonlarının istifadə edilməməsi, bunun yerinə meyvənin keyfiyyətini və məhsuldarlığını artıracaq bombus arılarının istifadəsi həm istehsalçı, həm də istehlakçı üçün son dərəcə vacibdir. İstehsalçı və istehlakçı zəminində belə bir əhəmiyyətə sahib olan bombus arılarının istifadəsi üçün lazımi məlumatlar və təcrübələr istehsalçılara çatdırılmalı və onların tətbiq sahəsi genişləndirilməlidir.

Səadət Əliyeva

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: