NDU-da fizika, riyaziyyat və astronomiyanın aktual problemləri müzakirə edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetində fizika, riyaziyyat və astronomiyanın aktual problemləri mövzusunda respublika elmi konfransı keçirilib.

Universitetin Fizika-riyaziyyat fakültəsinin dekanı, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məftun İsmayılov çıxış edərək qeyd edib ki, konfransın məqsədi fizika, astronomiya və riyaziyyatın əsas istiqamətləri ilə bağlı aktual elmi müzakirələr aparmaq, əldə ediləcək elmi-nəzəri nəticələrin təcrübədə tətbiqinin forma, metod və yollarını müəyyənləşdirməkdən ibarətdir.

Elmi konfransda çıxış edən universitetin rektoru Elbrus İsayev qeyd edib ki, ali təhsil ocağında bakalavr üzrə “Fizika” və “Fizika müəllimliyi”, magistratura üzrə “Fizika fənninin tədrisi, metodikası və metodologiyası”, “Yarımkeçiricilər fizikası”, doktorantura üzrə isə “Nəzəri fizika”, “Yarımkeçiricilər fizikası”, “Bərk cisimlər fizikası” ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir. Elbrus İsayev bu ixtisaslar üzrə təhsil alan tələbələrin müvafiq laboratoriyalarda keçdikləri təcrübi dərslərin əhəmiyyətindən danışıb, konfransın işinə uğurlar arzulayıb.

Konfransa onlayn qoşulan AMEA-nın müxbir üzvü, fizika riyaziyyat elmləri doktoru, professor Əyyub Quliyev Günəş sistemində naməlum planet problemi mövzusunda çıxış edib. kütləsinə nisbətən bir neçə dəfə böyük olması ehtimal olunur. 

Konfransda onlayn Differensial tənliklər şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Əkbər Əliyev “Dəyişən dərəcəli funksional fəzalarda qeyri-xətti hiperbolik tənliklərin qlobal həllinin varlığı və yoxluğu”, Azərbaycan Dövlət Pedaqoji Universiteti Ümumi fizika kafedrasının dosenti, fizika elmləri doktoru Aydın Ələkbərov “Fizikanın müasir problemləri”, Naxçıvan Dövlət Universiteti Ümumi və nəzəri fizika kafedrasının dosenti, fizika üzrə fəlsəfə doktoru Xanəli Həsənov “Yerin forması və oxu ətrafında fırlanmasına dair bəzi qeydlər” mövzularında məlumat veriblər.

Sonda müəllim və tələbələrin sualları cavablandırılıb.

Konfrans “Fizikanın aktual problemləri”, “Astronomiyanın aktual problemləri”, “Riyaziyyatın aktual məsələləri” adlı 3 bölmədə öz işini davam etdirib.

Qeyd edək ki, konfransın bölmə iclaslarında Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Milli Aviasiya Akademiyası, Milli Aerokosmik Agentlik, Ekologiya İnstitutu, Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, AMEA-nın Naxçıvan Bölməsi, Bölmənin Batabat Astrofizika Rəsədxanası, “Naxçıvan” Universiteti və Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşları elmi məqalələri ilə çıxış ediblər.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: