Tələbələrin “Şərq qapısı”nda təcrübəsi başa çatıb - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin “Şərq qapısı” qəzeti redaksiyasına hamiliyə verilmiş “Jurnalistika” ixtisası tələbələrinin təcrübəsi başa çatıb. Redaksiyada təcrübənin yekununa həsr olunmuş tədbir keçirilib.
Tədbirdə “Şərq qapısı” qəzetinin baş redaktoru Mehriban Sultanova bildirib ki, hazırda muxtar respublikanın digər KİV-ləri kimi “Şərq qapısı” qəzeti də “Jurnalistika” ixtisasının tələbələrinə hamilik edir. Mütəmadi olaraq tələbələrlə görüşlər, yaradıcılıq müzakirələri keçirilir, onların məqalələri “Estafet” rubrikası altında qəzetdə dərc olunur. Baş redaktor budəfəki təcrübənin də tələbələr üçün faydalı olduğuna əminliyini bildirib.
Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin dekanı, dosent Arif Ağalarov, təcrübə rəhbəri İman Cəfərov, “Şərq qapısı” qəzeti redaksiyasının əməkdaşları Nail Əsgərov və Güntac Şahməmmədlinin “İstehsalat təcrübəsinin tədris prosesində rolu”, “Ənənəvi mətbuat kimi informasiya rəqabətində üstünlüyü necə qoruyub saxlamalı”, “Qəzet jurnalistikasının öyrənilməsi üçün fundamental təcrübi baza” və digər mövzularda çıxışları dinlənilib.
Sevgili Mustafazadə