Doktorantura və dissertanturaya xarici dil üzrə qəbul imtahanı vermək istəyənlərin nəzərinə

A- A A+

Ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesi mayın 5-i saat 23:59-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzinin (DİM) doktorantura və dissertantura səviyyəsində təşkil etdiyi xarici dil üzrə qəbul imtahanında iştirak etmək istəyən namizədlər ilk növbədə sənəd qəbulu prosesini elektron qaydada www.portal.edu.az səhifəsi vasitəsilə aparmalıdırlar.

DİM-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, namizədlər www.portal.edu.az səhifəsində “Şəxsi kabinet” açmalı, “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidməti vasitəsilə qəbul olmaq istədiyi, “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə (TMİS) qoşulmuş təhsil müəssisəsinə müraciət göndərməlidirlər. Daha sonra müraciət göndərilən müəssisə tərəfindən “İmtahana buraxılış” statusu təyin edilərək namizədlərin “Şəxsi kabineti”nə göndəriləcək.

Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək xarici dil üzrə qəbul imtahanına www.portal.edu.az səhifəsində “Şəxsi kabinet”ində “İmtahana buraxılış” statusu təyin edilməmiş şəxslər buraxılmayacaq.

Elektron sənəd qəbulu bitdikdən sonra Mərkəzin rəsmi səhifəsində xarici dil imtahanı üçün elektron ərizə qəbulu başlayacaq. İmtahanda iştirak edəcək namizədlər www.ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratmalı və həmin kabinetin pul hesabına tələb olunan vəsaiti əlavə etməlidirlər. Namizədlər yalnız “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə ərizə doldurub onu təsdiqləyə bilərlər. Qeydiyyat tarixləri barədə əlavə məlumat veriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: