İxtiraları ilə dünyada tanınan alim Naxçıvan Dövlət Universitetində - VİDEO
Yaponiyada yaşayan tanınmış azərbaycanlı alim, professor Xəlil Kələntər Naxçıvan Dövlət Universitetində olub.
Ali təhsil ocağında keçirilən görüşdə çoxsaylı patent və ixtiraların müəllifi olan Xəlil Kələntərin bütün dünyada geniş istifadə olunan texnologiyaların hazırlanmasında böyük xidmətlərindən söz açılıb. Universitetdə keçirilən seminarda apardığı tədqiqatların nəticələrini, ixtira və patentləri iştirakçıların diqqətinə çatdıran professor gənc tədqiqatçılarla fikir mübadiləsi aparıb.
Naxçıvan televiziyasının əməkdaşları bununla bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir.