Millət vəkili tələbə gənclərlə görüşüb - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetində “Gəncliyin missiyası: dövlətçiliyə sədaqət” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Tədbir “Gənclər və Azərbaycan xarici siyasəti” mövzusuna həsr edilib.

Layihənin növbəti qonağı Azərbaycan Respublikası Milli Məclisinin deputatı, birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi, Türkdilli Dövlətlərin Parlament Asambleyasının sabiq baş katibi Ramil Həsən olub.

Tədbirdə Yeni Azərbaycan Partiyası Universitet şəhərciyi ərazi partiya təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru Arzu Abdullayev müasir gəncliyin müstəqil dövlətçiliyin inkişafındakı aparıcı rolundan danışıb.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsən müasir Azərbaycan gəncliyinin milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşatmasının böyük iftixar hissi doğurduğunu vurğulayıb.

Qeyd olunub ki, müstəqil Azərbaycanın dövlət gənclər siyasəti ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərimiz respublikaya rəhbərliyinin bütün dövrlərində milli dəyərlərə sadiq, vətənpərvər və sağlam düşüncəli gəncliyin yetişməsinə xüsusi əhəmiyyət verir, bu siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi.  Bu gün Azərbaycan gəncliyi öz uğurlu missiyasını davam etdirir.

Ali təhsil ocağının rektoru Elbrus İsayev çıxış edərək bildirib ki, bu gün cəmiyyətimizdə savadlı, müasir dünyagörüşlü, vətənpərvər gənc kadrların formalaşdırılması mühüm dövlət siyasətinin tərkib hissəsi kimi qəbul olunur. Naxçıvan Dövlət Universitetində bu prinsip əsas götürülərək gənclərin hərtərəfli yetişdirilməsi, kadr hazırlığı diqqət mərkəzində saxlanılır.

Sonda tələbə-gəncləri maraqlandıran suallar cavablandırılıb.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: