Tələbələrin istehsalat təcrübəsi uğurla davam edir

A- A A+

Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər ixtisasının 4-cü kurs tələbələri Dövlət Miqrasiya Xidmətində istehsalat təcrübəsi keçirlər.

Dövlət Miqrasiya Xidmətinin Mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, ümumilikdə, 24 tələbənin iştirak etdiyi təcrübə 6 aprel-27 may tarixlərini əhatə edir. Təcrübənin keçirilməsində əsas məqsəd tələbələrin nəzəri biliklərini möhkəmləndirmək və sonrakı əmək fəaliyyətində istifadəsini təmin etməkdən, onları ixtisas profilindən və xüsusiyyətindən asılı olaraq yeni texnologiyalarla, iş üsulları ilə tanış etməkdən, o cümlədən tələbələrə işgüzarlıq, təşkilatçılıq və texnologiya vərdişləri aşılamaqdan ibarətdir.

Təhsil aldıqları ixtisas üzrə təcrübə toplayan tələbələr xidmətin müxtəlif struktur bölmələrində mövcud iş prosesləri ilə də tanış edilir və müəyyən sahələrdə ilkin peşə vərdişlərinə yiyələnirlər.

Təcrübə müddətində tələbələrin Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinin fəaliyyəti ilə də tanışlığı həyata keçirilib, xidmət əməkdaşları tərəfindən mərkəzin iş prinsipi barədə ətraflı məlumatlar verilib.

İstehsalat təcrübəsini müvəffəqiyyətlə başa vuran tələbələrə şəhadətnamələr təqdim ediləcək. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin mətbuat xidməti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: