Ulu öndərin zəngin siyasi irsinə həsr olunmuş interaktiv dərs keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün muxtar respublikanın ümumtəhsil məktəbləri ilə Heydər Əliyev Muzeyi arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan interaktiv dərs keçirilib.

İnteraktiv dərsdə muzeyin direktoru Ramil Orucəliyev əvvəlcə Heydər Əliyev muzeyi barədə şagirdlərə ətraflı məlumat verib.

Vurğulanıb ki, vətənimizin suverenliyi, ölkəmizin düşdüyü bəlalardan xilası, Azərbaycanın inkişafı naminə mübarizədə əvəzolunmaz xidmətləri Heydər Əliyevi hələ sağlığında xalqımızın ümummilli liderinə çevirib. Ulu öndərimiz Azərbaycana rəhbərliyinin birinci dövründə ölkəmizi tənəzzüldən çıxararaq qabaqcıl və nüfuzlu ölkə səviyyəsinə yüksəldə bilib. Müstəqil dövlətçilik yolunda ilk addımları məhz Naxçıvanda atan ümummilli liderin təşəbbüsü ilə üçrəngli bayrağımız ilk dəfə olaraq 1990-cı il noyabrın 17-də Naxçıvan parlamentində qaldırılıb, Azərbaycanda ilk milli ordu quruculuğuna Naxçıvan Muxtar Respublikasından başlanılıb.

Şagirdlərin diqqətinə çatdırılıb ki, ulu öndərin 1993-cü ilin iyununda siyasi hakimiyyətə yenidən qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik xalqımızın ən qiymətli mənəvi-ideoloji sərvətinə çevrilib. Ulu öndər ölkəmizin siyasi, sosial-iqtisadi inkişaf konsepsiyalarını işləyib hazırlayıb və reallaşdırılmasını təmin edib. Ona görə də xalqımız ümummilli lideri ilə fəxr edir, qürur duyur, Onun ideyalarına sədaqət yolu ilə uğurdan-uğura addımlayır, inkişaf edir. Dahi rəhbərin həyat yolu hər bir məktəbliyə, hər bir gəncə nümunədir.

Qeyd edilib ki, bu gün Azərbaycanın, eləcə də Naxçıvan Muxtar Respublikasının əldə etdiyi bütün uğurlar Heydər Əliyev siyasi yolunun bəhrələridir. Bu yol bizə inkişaf və sabitliyi, işğalçı düşmən üzərində Qələbəni qazandırdı.

İnteraktiv dərs muxtar respublikanın 200-dən çox ümumtəhsil məktəbinin şagirdləri tərəfindən izlənilib.

Bu gün həmçinin ümumtəhsil məktəblərində ilk dərs saatı da ümummilli liderin zəngin siyasi irsinə həsr olunub.

Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: