“Hüquqşünaslıq” ixtisası üzrə təhsil alan tələbələr üçün təlim təşkil edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Universitetin “Hüquqşünaslıq” ixtisası üzrə təhsil alan tələbələri üçün təlim təşkil edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri İlqar Mirzəyev tərəfindən keçirilən təlim “Təqsirsizlik prezumpsiyasında trasologiya, mövcud problemlər, yol verilən nöqsanlar və həlli üsulları” mövzusunu əhatə edib. Təlimdə Ali Məhkəmənin Mülki Kollegiyasının sədri vəzifəsini icra edən Əli Allahverdiyev və Kommersiya Kollegiyasının sədri Əhliman Xıdırov  iştirak ediblər.

Naxçıvan Dövlət Universitetin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin dekanı Yusif Hüseynov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi ilə bağlı müvafiq sərəncamlarına uyğun olaraq keçirilən təlimlərin tələbələrin ixtisaslı kadrlar kimi yetişdirilməsində əhəmiyyətini vurğulayıb.

Ali Məhkəmənin Mülki Kollegiyasının sədri vəzifəsini icra edən Əli Allahverdiyev təlimin tələbələrin cinayət hüququ sahəsinə olan maraqlarının daha da artmasına xidmət etməklə yanaşı, cinayətlərin məhkəməyəqədərki tədqiqatı barədə onlarda zəruri biliklərin formalaşmasına töhfə verəcəyini bildirib, gələcəyin gənc hüquqşünaslarına uğur arzulayıb.

Mövzu ətrafında hazırlanmış slayd vasitəsilə keçirilən təlimdə iştirakçılara təqsirsizlik prezumpsiyası, həmin prinsipin tarixi və qanunvericiliyimizdəki yeri barədə geniş məlumat verilib, trаsоlоgiyаnın predmeti, əsaslandığı еlmi müddəаlаr, trasologiyada izlərin qrup təsnifatları ətraflı izah olunub. İştirakçılar həmçinin insan şəxsiyyətinin eyniləşdirilməsi məqsədilə aparılan daktiloskopik qeydiyyat, DNT tədqiqatı, аyаq və аyаqqаbı izinin еkspеrtizаsı, diş, dоdаq və dırnаq izlərinin еkspеrtizаları, sındırmа аlət və vаsitələri izlərinin еkspеrtizаsı ilə bağlı ətraflı məlumatlandırılıblar.

Qeyd olunub ki, trasologiya ən perspektivli bölmədir. Hazırda kriminalistik texnika trasologiyanın indiki konsepsiyasını, onun açılmamış potensialını, təkmilləşdirilmiş üsullarını və izlərin aşkar edilməsi və təsbit edilməsi üzrə son metodları yalnız tədris fənni kimi təkmilləşdirmir, həm də bunun nəticəsi olaraq cinayətlərin aşkarlanmasının səmərəliliyini artırır. Cinayət mühakimə icraatında elm və texnikanın nailiyyətlərinin əsas bələdçisi olan kriminalistika və məhkəmə ekspertizalarının formalaşmasına və təkmilləşdirilməsinə daha çox zərurət var.

Təlimin gedişində iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Sonda trasoloji ekspertizaların tətbiq edildiyi Robert Şvartz cinayəti barədə “İstintaq təcrübəsi, izin sirri” sənədli filmi nümayiş olunub.

Ayşən İmanova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: