Mayın 16-da 2022-ci ilin ilk Ay tutulması hadisəsi baş verəcək. Bu, tam Ay tutulması olacaq.
AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, tutulma saat 07:29-da başlayacaq, saat 08:53-də isə sona çatacaq. Tutulmanın maksimumu saat 08:11-də qeydə alınacaq.
Bu təbiət hadisəsini Şimali və Cənubi Amerika, Avropa, Afrika və Asiyanın bir hissəsindən görmək mümkün olacaq. Tutulma zamanı Ay üfüqdən aşağıda olacağı üçün tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.