Mayın 15-də respublika fənn müsabiqələrinin və Lütfi Zadə adına məntiq olimpiadasının final turu keçiriləcək.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Təhsil İnstitutundan bildirilib.
Müsabiqələrin keçirilməsində əsas məqsəd uşaqlar arasında sağlam rəqabət mühitinin yaradılması, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdlərin aşkara çıxarılması və onlarla məqsədyönlü işlərin aparılmasından ibarətdir.