2022-ci ilin ilk Ay tutulması başa çatıb

A- A A+

Mayın 16-da 2022-ci ilin ilk Ay tutulması hadisəsi başlayıb. Bu, tam Ay tutulmasıdır.

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, tutulma saat 07:29-da başlayıb və saat 08:53-də isə sona çatıb. Tutulmanın maksimumu saat 08:11-də qeydə alınıb.

Bu təbiət hadisəsini Şimali və Cənubi Amerika, Avropa, Afrika və Asiyanın bir hissəsindən görmək mümkün olub. Tutulma zamanı Ay üfüqdən aşağıda olduğu üçün tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: