Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (birinci cəhd) nəticələrinə görə, 236 namizəd müsabiqə şərtini (40 və daha yüksək bal) ödəyib.
Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, müsabiqə şərtini ödəyənlərdən 101 nəfər 4-cü və ya 5-ci kurs tələbələridir. İmtahanda iştirakı nəzərdə tutulan 1279 namizəddən 18 nəfəri imtahana gəlməyib.
Xatırladaq ki, rezidenturaya qəbul imtahanının birinci mərhələsi (birinci cəhd) mayın 15-də keçirilib.