Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 23-24-də keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub.
Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, imtahanlarda iştirakı nəzərdə tutulan 43 min 127 nəfərdən 392 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 7 nəfərin nəticəsi ləğv edilib.