Tələbələr AMEA-nın Naxçıvan Bölməsində keçirilən elmi-praktik seminarda iştirak ediblər - FOTOLAR

A- A A+

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutuna hamiliyə verilmiş Naxçıvan Dövlət Universitetinin Filologiya ixtisası tələbələrinin iştirakı ilə elmi-praktik seminar keçirilib.

Bölmənin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, seminarda çıxış edən institutun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov tələbələrin hamiliyə verilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, Filologiya ixtisası üzrə təhsil alan gənclərin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu ilə sıx əməkdaşlığı, gələcək kadrların formalaşmasına yönəlik tədbirlərdə iştirakı onların elm mühitinə uyğunlaşmasında, ixtisas sahəsinə marağın artırılmasında müstəsna rola sahibdir. Alim tələbələrin bu tip tədbir, seminar və müzakirələrdə mütəmadi iştirakının onların əsl mütəxəssis kimi ixtisaslaşmasına müsbət təsir göstərəcəyinə əminlik ifadə edib.

İnstitutun elmi katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov seminarda “Yerli müəlliflər Naxçıvan teatrının səhnəsində” mövzusunda məruzə edib. Tədqiqatçı Naxçıvan teatrının keçdiyi inkişaf yoluna nəzər salıb, Naxçıvan ədəbi mühiti nümayəndələrinin səhnələşdirilən əsərləri, həmin əsərlərin səhnə tərtibatındakı oxşar və fərqli xüsusiyyətlərini təhlil edib.

Elmi-praktik seminarda institut əməkdaşlarından dosentlər Ramiz Qasımov və Aytən Cəfərova, eləcə də tələbələrdən Jalə Hüseynova, Lamiyə Əliyeva, Xuraman Yusifzadə və Nərmin Abbasova mövzu ilə bağlı fikirlərini bildirib, suallar cavablandırılıb.

Sonra tələbələr Musiqi və teatr şöbəsinin işi ilə tanış olublar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: