Əmtəə nişanları və müəyyən xidmətlərə görə Əqli Mülkiyyət Agentliyinə ödəniləcək məbləğlərdə dəyişiklik edildi

A- A A+

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 may tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “İxtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanları və coğrafi göstəricilərin hüquqi mühafizəsi sahəsində göstərilən xidmətlərin siyahısı və həmin xidmətlərə görə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə ödəniləcək haqların məbləğləri”ndə dəyişiklik edilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin müvafiq qərarını imzalayıb.

Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanununa 2021-ci il 3 dekabr tarixli 415-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikliyə əsasən bir sıra dövlət rüsumlarının, o cümlədən ixtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının, coğrafi göstəricinin, əlaqəli hüquqlar obyektinin inteqral sxem topologiyasının və məlumat topluları ilə bağlı dövlət rüsumlarının məbləğləri orta hesabla 50-100 faiz artırılıb. Ölkədə aparılan sosial yönümlü siyasətin əsas istiqamətlərindən biri də vətəndaşların rifahının yaxşılaşdırılması və bu məqsədlə mütəmadi olaraq əməkhaqlarının artırılmasıdır. Bu baxımdan Agentliyin tabeliyində olan qurumların işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, onların əməkhaqlarının artırılması da Agentliyin diqqət mərkəzindədir.

Bu istiqamətdə aparılan təhlillər nəticəsində əmtəə nişanları və coğrafi göstəricilərin qeydiyyatı sahəsində göstərilən xidmətlərə görə ödəniləcək məbləğlərin orta hesabla 50 faiz artırılması məqsədəuyğun hesab olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: