Magistraturaya qəbul imtahanı verəcək bakalavrlar buraxılış vərəqəsini çap edə bilərlər

270

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanında (II cəhd) iştirak edəcək bakalavrlar buraxılış vərəqəsini çap edə bilərlər.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, buraxılış vərəqəsini və “Yaddaş kitabçası”nı çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=8 linkinə daxil olmaq lazımdır.

Magistraturaya qəbul imtahanı (II cəhd) mayın 29-da keçiriləcək.

Bakalavrlar imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: