Beynəlxalq Biomüxtəlif Gününə həsr olunan konfrans keçirilib

A- A A+

AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutu, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin birgə təşkilatçılığı ilə 22 may - Beynəlxalq Biomüxtəliflik Gününə həsr olunmuş elmi konfrans keçirilib.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, konfransda Bioresurslar İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, dosent İsmayıl Məmmədov çıxı. edərək bildirib ki, Naxçıvan Muxtar Respublikasında heyvanların qanunsuz ovlanmasına qoyulan qadağalar sayəsində muflonların və bezoar keçilərinin sayında nəzərə çarpan dərəcədə artım müşahidə edilir, yaranan bol qida ehtiyatı ilə əlaqədar Qafqaz bəbirində nəsil artımı müşahidə olunur. Bu faktlar görülən məqsədyönlü tədbirlərin uğurlu nəticəsidir.

Tədbirdə AMEA-nın Zoologiya İnstitutunun Quru onurğalıları laboratoriyasının aparıcı elmi işçisi, biologiya ürə fəlsəfə doktoru, dosent Təvəkkül İsgəndərov, İnstitutun Bitki sistematikası şöbəsinin baş elmi işçisi, akademik Tariyel Talıbov, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin baş məsləhətçisi Kamran Əliyev, Bioresurslar İnstitutunun Zooloji tədqiqatlar şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Akif Bayramov, Naxçıvan Dövlət Universitetinin Biologiya kafedrasının dosenti Fəridə Səfərova və Bioresurlar İnstitutunun Bitki sistematikası şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Namiq Abbasov çıxış ediblər.

Sonda məruzələr ətrafında geniş müzakirə aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: