Qəbul imtahanı verən abituriyentlərdən 2542 nəfər əvvəlki illərin məzunudur

A- A A+

Mayın 21-də Dövlət İmtahan Mərkəzi (DİM) III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirir.

DİM-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, imtahanda 21 min 521 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 19 min 563 nəfər Azərbaycan, 1958 nəfər isə rus bölməsinin məzunudur. İmtahan verənlərin 5269 nəfəri oğlan, 16252 nəfəri isə qızdır. 18 min 480 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 2542 nəfər əvvəlki illərin məzunudur. 69 nəfər ali təhsil müəssisələrinin, 430 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur.

İmtahan Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: