“Vikipediya”da Azərbaycanın milli qəhrəmanları haqqında ingilis dilində məqalələr yaradılıb

248

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən “Vikipediya”da milli qəhrəmanlarımız haqqında ingilis dilində növbəti məqalələr yaradılıb.

MEK-dən NUHÇIXAN-a bildiriblər ki, məqalələrdə Azərbaycanın milli qəhrəmanları - Koroğlu Rəhimov, Nofəl Quliyev, Valeh Müslümov, Vüqar Hüseynov, Yusif Əliyev, Cəlil Səfərov, Elgiz Kərimov, Fərhad Hümbətov, Fəxrəddin Musayev, Fikrət Hacıyevin həyatı və keçdikləri döyüş yolu barədə ətraflı məlumat verilir.

Mərkəzin könüllüləri tərəfindən xarici dillərdə olan “Vikipediya”larda digər milli qəhrəmanlarımız haqqında da məqalələrin yaradılması prosesi davam edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: