Bu il ədəbiyyat üzrə Nobel mükafatı verilməyəcək

A- A A+

2018-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı verilməyəcək.

NUHÇIXAN xəbər verir ki, bu barədə İsveç Akademiyası açıqlama yayıb.

Nobel Fondundan isə bildirilib ki, mükafatın təqdimatı 2019-cu ilə keçirilib. Amma bu qərar digər sahələr üzrə Nobel mükafatının təqdim olunmasına təsir etməyəcək.

Məlumata görə, 2018-ci ədəbiyyat üzrə Nobel mükafatının təqdim olunmaması İsveç Akademiyası Münsiflər Heyəti üzvlərindən birinin ərinin laureatlar haqqında məlumatları sızdırması ilə bağlıdır. Bir müddət sonra isə həmin adam cinsi zorakılıqda ittiham olunub.

Qeyd edək ki, 2017-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına yapon əsilli britaniyalı yazıçı Kadzuo İsiquro layiq görülmüşdü.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: