Naxçıvanda dövlət teleradiolarında işə qəbul üçün esse imtahanı keçirilib

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının dövlət teleradiolarında vakant vəzifələrin tutulması üçün elan edilən müsabiqənin esse imtahanı keçirilib. Müsabiqəyə çıxarılan 7 vakant vəzifənin tutulması üçün 7 namizəd qeydiyyatdan keçib

İmtahan başlamazdan əvvəl iştirakçılar imtahan qaydaları haqqında məlumatlandırılıb, esse yazmaq üçün onlara 90 dəqiqə vaxt verilib. İmtahanda iştirakçılara müstəqil mühakimə yürütmək və əsaslandırmaq bacarığını nümayiş etdirməyə imkan verən "Milli Qurtuluş günü dövlətçilik tariximizdə" mövzusu təqdim edilib. Yazı işləri yoxlanılarkən namizədlərin fikirlərini məntiqi ardıcıllıqla ifadə etmək, abzaslarla fərqləndirmək, təhliletmə, tətbiqetmə, ümumiləşdirmə və məntiqi nəticəçıxarma qabiliyyətləri, fikir və düşüncələrini anlaşıqlı, məntiqli və aydın, ədəbi dilin normalarına uyğun şəkildə ifadə etmə meyarları nəzərə alınaraq yaradıcılıq qabiliyyətləri qiymətləndirilib.

Esse mərhələsində iştirak etmək üçün sənəd təqdim edən 7 namizədin hamısı imtahanda iştirak edib, onlardan 2-si müvafiq keçid balını toplayaraq müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: