XVI əsr Azərbaycan şairi Yusif bəy Ustaclunun anadilli “Divan”ının surəti əldə olunub

A- A A+

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun icraçı direktoru filologiya elmləri doktoru Paşa Kərimov Tehranda yaşayan ədəbiyyat tədqiqatçısı Firuz Rifahi Ələmdarinin yardımı ilə XVI əsr Azərbaycan şairi Yusif bəy Ustaclunun Tehran Universitetinin Mərkəzi Kitabxanasında saxlanan anadilli “Divan”ının surətini əldə edib.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə AMEA-dan bildirilib. Nüsxədə 188 qəzəl, 1 məsnəvi, müxtəlif klassik janrlarda yazılmış şeirlər var. Yusif bəy Ustaclu Səfəvi hökmdarlarından Şah İsmayıl (1501-1524) və Şah Təhmasibin (1524-1576) dövründə yaşayıb, bir müddət şahzadə Sam Mirzə (1517-1567) ilə dostluq edib, hökmdarın əmri ilə XVI əsrin yetmişinci illərində qısa müddət ərzində Təbriz valisi olub. Mənbələr və əsərləri onun istedadlı bir şair olduğunu, Nəvai və Füzulinin təsiri ilə şeirlər yazdığını göstərir.

Paşa Kərimov Londonun Britaniya Muzeyi Kitabxanasında saxlanan əlyazma “Divan”ı əsasında 2012-ci ildə şairin lirik şeirlər toplusunu nəşr etdirib. “Divan”ın yeni əlyazma nüsxəsinin köməyi ilə şairin həyat və yaradıcılığını, onun XVI əsr ədəbiyyat tariximizdəki mövqeyini daha ətraflı öyrənmək mümkün olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: