Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 4-5-də I ixtisas qrupu, həmçinin iyunun 5-də IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirəcək.
Mərkəzdən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, iyunun 4-də keçiriləcək imtahanda 21 min 753, iyunun 5-də keçiriləcək imtahanlarda isə 16 min 786 nəfər olmaqla, ümumilikdə 38 min 539 abituriyentin iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Şəki, Bərdə, Göyçay, Şirvan, Sabirabad, Salyan, Lənkəran və Xaçmazda təşkil olunacaq.