Tələbələrin Dövlət Yol Polisi İdarəsində keçdiyi istehsalat təcrübəsi başa çatıb - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Texniki Kollecinin "Yol hərəkətinin təşkili" ixtisasının 4-cü kurs tələbələri Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsində keçdiyi istehsalat təcrübəsini başa çatdırıblar.

Praktik təcrübənin yekun tədbirində idarənin polis kapitanı Ayaz İsmayılov və texniki kollecin direktoru Asəf Ruşanov tələbələrin istehsalat təcrübəsində əyani şəkildə öyrəndikləri bilik və bacarıqlarının gələcək iş fəaliyyətindəki əhəmiyyətindən danışıb, tələbələrə uğurlar arzulayıblar.

Qeyd edək ki, təcrübədə tələbələr yol hərəkətinin təşkili ilə bağlı zəruri bilik və bacarıqlara yiyələniblər. Təcrübə çərçivəsində  yol hərəkəti qaydalarına riayət olunmasını təmin etmək, yol polisinin fəaliyyət istiqaməti, növbətçi hissə və qanunvericiliyin tələbləri ətraflı şəkildə izah edilib və bu sahə ilə bağlı qanunvericiliyin  tələbləri diqqətə çatdırılıb.

Praktik təcrübə zamanı tələbələr sürücülük vəsiqəsinin verilməsi üçün keçirilən imtahanın aparılması qaydası ilə yaxından tanış olub, həmin vəsiqənin verilməsi və dəyişdirilməsi prosesi barədə də ətraflı məlumat əldə ediblər.

Nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsi prosesini öyrənmək üçün müayinə mərkəzində olan tələbələrə buradakı ən qabaqcıl və müasir texnikalarla təchiz olunmuş cihazlar və onların istifadə qaydaları barədə əyani şəkildə məlumat verilib.

İstehsalat təcrübəsi keçən tələbələr yol patrul xidmətinin təşkilində də yaxından iştirak ediblər. Operativ nəqliyyat vasitələrinin iş prinsipi tələbələrə geniş şəkildə izah olunub.

Leyla Cəfərzadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: