Yaz semestrində təhsil tələbə krediti almaq üçün müraciət edən tələbələrin bu günə olan statistikası açıqlanıb
2021-2022-ci tədris ilinin yaz semestrində təhsil tələbə krediti almaq üçün müraciət edən tələbələrin bu günə olan statistikası açıqlanıb.
Təhsil Tələbə Kredit Fondundan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bu günə qədər 4 min 919 tələbə kredit üçün müraciət edib. Müraciətlərdən 524-ü natamam olub, 250-si emaldadır, 502-si banka göndərilib. Kredit almaq üçün müraciətlərin 400-dən imtina edilib.
Ümumilikdə isə 3 min 243 tələbəyə kredit verilib. Onlardan 1129-u sosial, 2 min 114-ü isə standart kredit olub.
Xatırladaq ki, mayın 31-də yaz semestri üçün təhsil tələbə krediti əldə etmək istəyən tələbələrin müraciətlərinin qəbulu yekunlaşıb.