Beynəlxalq təcrübəli mütəxəssislər Naxçıvanda STEAM təlimi keçiblər - FOTOLAR
Naxçıvan təhsil ictimaiyyəti iyunun 11-də keçiriləcək “STEAM təhsil” festivalına hazırlaşır. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu istiqamətdə təhsilin əhatə dairəsinin genişləndirilməsi məqsədilə “STEAM Azərbaycan” layihəsinin beynəlxalq təcrübəli təlimçiləri Naxçıvana dəvət olunublar.
“STEAM Azərbaycan” layihəsinin beynəlxalq təcrübəli təlimçiləri tərəfindən STEAM dərslərini tədris edən müəllimlər üçün Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında təlimlər təşkil olunub. Layihənin əməkdaşları Təranə İbrahimli, Abduləziz İbrahim, Ülkər Mirzalıyeva və Elməddin Musayev tərəfindən keçirilən təlimdə müəllimlərə STEAM təhsilinin mahiyyəti və sadə modellərin hazırlanması, mikro:bit mövzusuna giriş, micro:bit modulu və kodlaşdırma, micro:bit vasitəsilə müxtəlif layihələrin hazırlanması, arduino texnologiyası, arduino vasitəsilə müxtəlif layihələrin hazırlanması, “Sistem nəzəriyyələri” və digər vacib biliklər aşılanıb.
Təlimlərə ümumtəhsil məktəblərindən STEAM dərslərini tədris edən 150-yə yaxın müəllim cəlb olunub.
Novruz Məmmədov