AMEA Naxçıvan Bölməsində interaktiv dərs keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, interaktiv dərs görkəmli fizik Həsən Abdullayevin 100 illik yubileyinə həsr olunub və muxtar respublikanın 214 ümumtəhsil məktəbində izlənilib. Dərsi AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunun Fiziki tədqiqatlar laboratoriyasının rəhbəri, fizika üzrə fəlsəfə doktoru Məmməd Hüseynəliyev aparıb. O, görkəmli fizik, böyük elm təşkilatçısı, akademik Həsən Abdullayev haqqında şagirdlərə ətraflı məlumatlar verib.
Qeyd edilib ki, akademik 15 monoqrafiyanın, 250-dən çox ixtiranın, onlarla dərsliyin, 500-dən çox elmi məqalənin müəllifi olub.
Gülməmməd Əliyev