Doktorantura və dissertantura səviyyəsində xarici dil üzrə qəbul və fəlsəfə doktoru, həmçinin əcnəbilər üçün Azərbaycan dili imtahanlarının danışıq bloku üzrə imtahanının iyunun 16-dan keçirilməsi nəzərdə tutulur.
Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, danışıq bloku üzrə qiymətləndirmə şifahi formada kompüter proqramı vasitəsilə həyata keçiriləcək. İştirakçılar kompüter proqramının demo versiyası ilə linkdən tanış ola bilərlər.
İştirakçılara danışıq bloku üzrə ümumi məlumat və imtahan qaydaları ilə yaxından tanış olmaq tövsiyə edilir.
İmtahan sisteminə “Şəxsi kabinet”in istifadəçi adı və şifrəsi ilə daxil olmaq mümkündür. Yalnız imtahan üçün qeydiyyatdan keçmiş şəxslər proqramın demo versiyası ilə tanış ola bilərlər.
Texniki məsələlərlə bağlı sual yaranarsa, [email protected] elektron poçt ünvanına məktub göndərə və ya 0124316386 (daxili 117) nömrəsi ilə əlaqə saxlamaq olar.