Naxçıvanda ilk dəfə “STEAM Təhsil" festivalı keçirilir - FOTOLAR

A- A A+

Bu gün Naxçıvanda ilk dəfə olaraq şagird və tələbələrin iştirakı ilə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “STEAM Təhsil" festivalı keçirilir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, STEAM təhsilinin muxtar respublikada qısa müddətdə tətbiq edilməsinə baxmayaraq, festivalda 640 şagird 204 layihə ilə, 84 tələbə isə 58 layihə ilə iştirak edir. Bunlar isə muxtar respublikada STEAM təhsilinin uğurlu tətbiqinin əsas göstəriciləridir. Bu festival tədris ili ərzində STEAM təhsili sahəsində görülən işlərin yekun göstəricilərini nümayiş etdirməklə yanaşı, həm də elmi, texnologiyanı sevən şagirdlərə, tələbələrə özünü sınamaq, ideyalarını reallaşdırmaq imkanı verəcək, təcrübə qazandıracaq.

Muxtar respublikada ilk dəfə təşkil olunmasına baxmayaraq festivala maraq böyükdür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: