Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin 2-ci cəhdində iştirak edəcək namizədlərin nəzərinə

A- A A+

Rezidenturaya qəbul imtahanının I mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) 2-ci cəhdi iyunun 19-da Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, “İmtahana buraxılış vərəqəsi” çap etmək üçün Mərkəzin saytındakı linkinə daxil olmaq lazımdır.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: