Dövlət İmtahan Mərkəzi online sınaq imtahanı təşkil edir

A- A A+

Dövlət İmtahan Mərkəzi (DİM) abituriyentlərə kömək məqsədilə “Abituriyent” jurnalının birinci nömrəsində dərc edilmiş test tapşırığı nümunələrindən ibarət ödənişsiz online sınaq imtahanları təşkil edir.

NUHÇIXAN xəbər verir ki, “Abituriyent” jurnalının birinci nömrəsində dərc edilmiş və ali təhsil müəssisələrinin qəbul imtahanı modelinə uyğun test tapşırığı nümunələrindən ibarət ödənişsiz online sınaq imtahanlarına abituriyentlər rahat yazıla və onlara uyğun günün istənilən vaxtında daxil olub biliklərini yoxlaya bilərlər.

Abituriyentlər sınaq imtahanında iştirak etmək üçün http://otk.az  portalına daxil olub qeydiyyatdan keçməlidirlər. Daha sonra abituriyentlər istədikləri ixtisas qrupunu seçib imtahana yazıla bilərlər.

Qeyd edək ki, online sınaq imtahanlarında istifadə olunan test tapşırıqlarının modeli builki qəbul imtahanlarına tam uyğundur.

Abituriyentlərə online imtahan başa çatan kimi imtahan nəticələrini əldə etmək, yenidən test tapşırıqlarına baxmaq, onları təhlil etmək, öz cavabları ilə düzgün cavabları müqayisə etmək imkanı yaradılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: