Naxçıvanda I Beynəlxalq Tibbi Forum keçiriləcək - VİDEO
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 18-21 iyun tarixlərində Naxçıvanda I Beynəlxalq Tibbi Forum keçiriləcək. Naxçıvan Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Endoskopik-Laporoskopik Cərrahlar Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən forum Azərbaycan tarixində böyük həcmdə təşkil olunan ilk tibbi forumdur. Forumda dünyanın 8 ölkəsindən 10 rektor, 20-dən artıq tibbi cəmiyyət və dərnək, 350-dən artıq elm adamı olmaqla, ümumilikdə 700-dən çox şəxsin iştirakı gözlənilir.