AMEA Naxçıvan Bölməsində ədəbi nümunələr müzakirə edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, AMEA Naxçıvan Bölməsinin Mərkəzi Elmi Kitabxanasında Cek Londonun “Həyat eşqi” hekayəsinin və Ernest Heminqueyin “Qoca və Dəniz” povestinin  müzakirəsi  olub.

AMEA Naxçıvan Bölməsinin Mərkəzi Elmi Kitabxanasının direktoru Sahab Əliyeva görkəmli yazıçıların  həyat  və yaradıcılığı, həmçinin “Həyat eşqi” və “Qoca və Dəniz” əsərləri haqqında ümumi məlumat verib. Bildirib ki, dünya ədəbiyyatının  ən çox tanınan  klassik nümayəndələrindən  olan bu məşhur amerikalı yazıçılarının   əsərlərində  baş qəhrəmanların yaşamaq üçün həyatla və təbiətlə apardığı mübarizədə  necə qalib gəlməsindən danışılır.

Daha sonra  müzakirə iştirakçıları əsər haqqında  öz fikir və düşüncələrini bildiriblər. Vurğulanıb ki, əsərlərdə insanın bütün canlılardan yüksəkdə duran şüurlu varlıq olması, insan  cəsarətinin, əzmkarlığının hər şeyə qadir olduğu ön plana çəkilir.

Qeyd edək ki, hər iki əsər Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamı ilə təsdiq edilən oxunması zəruri olan kitabların siyahısına daxil edilib.

                                                       Mədinə  Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: