I Beynəlxalq Tibbi Forum çərçivəsində A bölməsi üzrə mühazirələr dinlənilib - FOTOLAR

A- A A+

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə dünyanın 8 ölkəsindən 350-dən artıq tibb sahəsi üzrə elm adamının qonaq olduğu Birinci Beynəlxalq Tibbi Forumda A bölməsi üzrə mühazirələr dinlənilib, mövzular üzrə suallar cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.

A bölməsində Laparoskopik cərrahiyyə kursu, Laparoskopik kolorektal cərrahiyyə kursu, Ginekologiya, Bariatrik metabolik cərrahiyyə, Cərrahiyyə -III,  Pankreas xəstəlikləri, Plastik estetik və rekonstruktiv cərrahiyyə, Endokrinologiya sahələri üzrə 70-ə yaxın çıxış dinlənilib.

Forumun ilk günündə “Laparoskopik cərrahiyyə kursu” adlı bölmədə moderatorlar professor Cavit Avcı, professor Ömər Alabaz, dosent Müşviq Həsənovun rəhbərliyi altında 10 , Laparoskopik kolorektal cərrahiyyə kursu adlı bölmədə moderatorlar professorlar Levent Avtan, Metin Ertem, Yuri Starkovun rəhbərliyi ilə 9, “Ginekologiya” adı altında professorlar  Erkut Attar,  Cəmilə Qurbanova, İslam Mahalov və tibb üzrə fəlsəfə doktoru Önder Tulumbacının moderator olduğu bölmədə 8, Bariatrik metabolik cərrahiyyə bölməsində professorlar  Mustafa Taşkın,  Levent Avtan, tibb üzrə fəlsəfə doktorları Taryel Ömərov, Elçin Abdinovun təşkilatçılığı ilə 11 mühazirə dinlənilib.

Forumun II günündə isə professorlar  Qalib Qarayev,  Fariz Camalov, Novruz Hacıyevin rəhbərliyi ilə,  tibb üzrə fəlsəfə doktoru Anar Namazovun moderatorluq etdiyi Cərrahiyyə -III adlı bölmədə 10, professorlar Dilek Oğuz və  İrfan Korukun rəhbərliyi altında professorlar Vaqif Qələndər, Mismil Muradov və tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmovun moderator olduğu bölmədə 9, dosent Sərdar Əliyev, həkimlər Samir Şükürov, Mətanət Səfərova   tibb üzrə fəlsəfə doktoru Nərgiz Əliyevanın rəhbərlik etdikləri  bölmədə mövzular üzrə 9  çıxış dinlənilib.   

Forumda digər 3 - B, C, D bölmələri üzrə də  mühazirələr dinlənilib, mövzular ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Endoskopik-Laparoskopik Cərrahlar Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycan, ingilis və rus dillərində keçirilən forum Azərbaycan tarixində böyük həcmdə təşkil olunan ilk tibbi forumdur. 

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: