Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi AMEA-nın Naxçıvan Bölməsində vakant vəzifələrin tutulması üçün müsabiqə elan edir
Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, müsabiqədə iştirak etmək istəyən şəxslər 21 iyun – 21 iyul 2022-ci il tarixlərdə Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin internet portalında (www.dim.nmr.az) “Şəxsi Kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.
Namizədlər 90 manat ödəniş məbləğini “Şəxsi Kabinet” vasitəsilə bank kartları ilə ödəyə bilərlər. Digər halda həmin məbləğ Dövlət İmtahan Mərkəzinin "Naxçıvanbank" ASC-dəki bank hesabına (AZ50NAXB36015000024840000AZN) ödənməli və ödənişə dair qəbz həftənin iş günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək Mərkəzə təqdim edilməlidir.
Namizəd bir neçə vakant vəzifənin tutulması üçün müraciət edə bilər. Namizədlər elektron müraciət formasını doldurarkən iddia etdikləri vakant vəzifələrin tutulma şərtlərini nəzərə almalıdırlar.
Müsabiqədə yaşı 30-dək olan magistr təhsilini başa vurmuş və ya magistraturanın ikinci kursunda təhsil alan şəxslərin iştirakı məqsədəuyğundur.
Həqiqi hərbi xidmət keçməmiş şəxslər (qadınlar və səhhəti ilə əlaqədar möhlət hüququ olanlar istisna olmaqla) müsabiqəyə buraxılmır.
Qeydiyyatdan keçməkdə çətinlik çəkən namizədlər Dövlət İmtahan Mərkəzinə gələrək müraciət edə bilərlər.
Maraqlananlar mərkəzin (036) 545-65-71 nömrəli əlaqə telefonu və ya [email protected] elektron poçt ünvanı vasitəsilə ətraflı məlumat əldə edə bilərlər.
Vakant vəzifələrin siyahısı aşağıdakı keçid linkində verilib.
https://dim.nmr.az/wp-content/uploads/2022/06/amea_elan.pdf