NDU-da keçirilən I Beynəlxalq Tibbi Forum çərçivəsində B salonunda mühazirələr dinlənilib - FOTOLAR

A- A A+

Naxçıvan Dövlət Universitetində keçirilən və dünyanın 8 ölkəsindən 350-dən artıq tibb sahəsi üzrə elm adamının iştirak etdiyi forumda ümumilikdə 4 bölmə üzrə mühazirələr dinlənilib.

Bölmə iclaslarında muxtar respublika səhiyyə sisteminin həkimləri, NDU Tibb fakültəsinin ixtisaslı həkim, rezident və yuxarı kurs tələbələri iştirak ediblər.

Forumun birinci günündə İnvaziv endoskopiya adı altında B salonunda professor Dilek Oğuz və doktor Aqil Ağakişiyevin moderatorluğu ilə 4, Uşaq cərrahiyyəsi adı ilə keçirilən iclasda professorlar Ramiz Poluxov və İsa Abdullayev, tibb üzrə fəlsəfə doktoru Azər İsmayılovun rəhbərliyi ilə 3, tibb üzrə fəlsəfə doktoru Gülnarə Ağayeva, həkimlərdən  Aqil Ağakişiyev, Ülvi Maçanov və Habil Hüseynovun moderatorluğu ilə keçirilən bölmə iclasında Hepatologiyanın müxtəlif mövzularına aid 7 mövzuda təqdim edilən çıxışlar maraqla dinlənilib. Eyni zamanda konfransda professorlar İrfan Koruk və Mübariz Əliyev, dosent Asiman Həsənov, tibb üzrə fəlsəfə doktoru, dosent Kamil Hacıyevin moderatorluğu ilə Erxp kursu istiqamətində 4, Modern tibbi texnologiyalar istiqamətində dosent Taylan Sezer, həkim Aqil Ağakişiyev, tibb üzrə fəlsəfə doktoru Elgün Səmədovun moderatorluğu ilə keçirilən bölmə iclasında 3,  professorlar Koray Acarlı, Akif Bağırov, tibb üzrə fəlsəfə doktorları Rəşad Şolan və Fuad Quliyevin rəhbərliyi ilə Urologiya böyrək transplantasiyası başlığı altında keçirilən iclasda 11 mövzuya aydınlıq gətirilib.

Forumun növbəti günündə professor Murat Taner Gülşen, tibb üzrə fəlsəfə doktoru Gülnarə Ağayeva, uzman həkim Cavanşir Vahabovun rəhbərliyi ilə virus hepatitləri adı altında 7, Ağır kliniki hallar istiqamətində uzman həkim Altay Əliyev, professor Yuri Starkov tibb üzrə fəlsəfə doktorları Niyazi Əsgərov və Gülnarə Ağayevanın moderatorluğu ilə 5, Qaraciyər transplantasiyası sahəsində professorlar Nuru Bayramov və Koray Acarlı, tibb üzrə fəlsəfə doktoru Mircelal Kazıminin rəhbərliyi altında 8,  professorlar Dilek Oğuz və Mübariz Əliyev, dosent Muşviq Orucov, tibb üzrə fəlsəfə doktoru Kamil Hacıyevin moderatorluq etdiyi Qastroenterologiya sahəsinə aid 7, professor Metin Ertem, dosent Nəsimi Qasımov, tibb üzrə fəlsəfə doktoru Azad Kərimli, dosent Cümşüd Cümşüdovun rəhbərliyi altında 10 mövzu üzrə çıxışlar dinlənilib.

Ümumilikdə B salonunda keçirilən elmi bölmələrdə 70-ə yaxın çıxış dinlənilib. Mövzular üzrə suallar cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb. 

Fəxriyyə Səyyadova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: