Ötən il Naxçıvan şəhər məktəblərinin 463 məzunu tələbə adını qazanıb

A- A A+

Ötən il Naxçıvan şəhərinin ümumtəhsil müəssisələrini 749 şagird bitirib və onların 746 nəfəri buraxılış imtahanında iştirak edib. Ümumilikdə 749 nəfər attestat alıb. Attestat alanların 89.99 faizi (674 nəfəri) ali təhsil müəssisələrinə qəbul kampaniyasında iştirak edib.

Qəbul imtahanlarının nəticələrinə əsasən, şəhərin ümumtəhsil müəssisələrinin 463 məzunu (imtahanlarda iştirak edənlərin 68.69 faizi) tələbə adını qazanıb. Onların 46.87 faizi (217 nəfəri) dövlət, 1.30 faizi (6 nəfəri) özəl ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə, 40.17 faizi (186 nəfəri) dövlət, 11.66 faizi (54 nəfəri) özəl ali təhsil müəssisələrinə ödənişli təhsil üzrə qəbul olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu məlumat 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu və ümumtəhsil müəssisələri üzrə buraxılış imtahanları ilə bağlı Dövlət İmtahan Mərkəzinin elmi-statistik hesabatında yer alıb.

Hesabatda bildirilir ki, məzunlardan 79-u 500-dən, 22-si 600-dən yuxarı bal toplayıb. Abituriyentlərin ən çoxu Naxçıvan Dövlət Universiteti və Naxçıvan Müəllimlər İnstitutuna qəbul olub.

Qəbul imtahanlarında 20 məktəbin məzunları iştirak edib. Respublika üzrə yaxşı məktəblərin sırasına şəhərin Naxçıvan Qarnizonu tam orta məktəbi daxil olub. Şəhərin ən yaxşı məktəbləri sırasında Naxçıvan şəhər qızlar liseyi və Heydər Əliyev adına tam orta məktəbi qeyd etmək olar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: